İranda koronavirusa görə komendant saatı tətbiq olunub

İranda koronavirusa görə komendant saatı tətbiq olunub

Bütün İranda bu gündən etibarən, koronavirusun geniş yayılmasının qarşısını almaq üçün karantin məhdudiyyətləri qüvvəyə minib və iki həftə müddətinə davam edəcək.

Rasthaber Azərbaycan İran mediasına istinadən xəbər verir, İranda Koronavirusla Mübarizə üzrə Milli Qərargahın sözçüsü Əlirza Rəisinin sözlərinə görə, koronavirusla əlaqədar 124 şəhər qırmızı, 150 şəhər narıncı və 98 şəhər də sarı zonaya daxildir. Rəisi bildirib ki, 25 vilayət mərkəzi də yüksək xəbərdarlıq vəziyyətidədir.

İranın Səhiyyə, Müalicə və Tibbi təhsil Nazirliyinin rəsmiləri koronavirusun yayılmasının əsas amilinin ev yığıncaqları olduğunu bildirirlər, hansı ki, gecə işdən sonra baş verir. İranın səhiyyə, müalicə və tibbi təhsil nazirinin müavini İrəc Hərirçi ev yığıncaqlarından çəkinməyin vacibliyini vurğulayaraq deyib: "Ev yığıncaqları 51 faiz virusun yayılmasına səbəb olduğu üçün gecə saat 9-dan sonra komendant saatı tətbiq olunub".

Xəbəri paylaş

VİDEOLAR