ÜST-un baş katibi İranda 70 milyondan çox vətəndaşın dispanserləşdirilməsini yüksək qiymətləndirib
Rasthaber Azərbaycan İran mediasına istinadən xəbər verir ki, İran İslam Respublikası Səhiyyə, Müalicə və Tibb Təhsili naziri COVİD 19 virusuna gündəlik yoluxma hallarında 53 faizlik azalma müşahidə olunduğunu deyib.
İRNA-nın verdiyi məlumata görə, İranın səhiyyə, müalicə və tibb təhsili naziri Səid Nəməki bu gün Ümumdünya Səhiyyə Təşkilatının baş katibi Tedros Adhonom və bu təşkilatın ofisinin başçısı eləcə də Aralıq dənizinin şərq regionu ölkələrinin səhiyyə nazirləri ilə birgə video konransda etdiyi çıxışında deyib: "Aprelin 2-dən 20-dək koronavirusa gündəlik yoluxma hallarının sayı 53 faiz azalıb, bu rəqəm vəfat edənlərlə əlaqədar 30 faiz azalmanı göstərir."
Video konfransda ÜST-un baş katibi İranda 70 milyondan çox vətəndaşın dispanserləşdirilməsini yüksək qiymətləndirib.
İranda ən son statistik məlumata görə, 85 min 996 nəfər koronavirusa yoluxub, bu rəqəmdən 63 mindən çox sağalıb və təxminən 5 min nəfər vəfat edib.