İranda koronavirus peyvəndinin birinci sınaqları uğurlu olub

İranda koronavirus peyvəndinin birinci sınaqları uğurlu olub

İranın Səhiyyə naziri Səid Nəməki bu haqda bildirib

Rasthaber Azərbaycan xəbər verir ki, İranın Səhiyyə naziri Səid Nəməki COVID-19 xəstəliyi dərmanının istehsalı üzrə 57 araşdırma qrupunun fəaliyyətindən danışıb.

"Beynəlxalq araşdırmalar sahəsində İran son dərəcə fəal ölkələrdən biri kimi araşdırma halları və nəticələrinin çox yüksək sayı ilə iştirak edir.", -deyə iranlı nazir bildirib.

İranın səhiyyə naziri sözlərinə belə davam edib: "Xoşbəxtlikdən, heyvan modellərində yaxşı nəticələr əldə olunub və tezliklə iranlı tədqiqatçıların düzəltdikləri vaksinalar insanlar üzərində sınaqdan keçiriləcək".

Xəbəri paylaş

VİDEOLAR