Altı min iranlı və xarici müxbir yürüşləri işıqlandırır
Rasthaber Azərbaycan Iran mediasına istinadən xəbər verir ki, bu gün 1398-ci günəş ili bəhmən ayının 22-si, 2020-ci il fevralın 11-i, İmam Xomeyni(r.ə)-in rəhbərliyi ilə İran İslam İnqilabı qələbəsinin 41-ci ildönümüdür.
Bu ilin 22 bəhmən yürüşü İranın min şəhəri və 4200 kəndində “Müqavimət, cihad və vilayətsevərlik nuru altında canlı və fəal İslam İnqilabı” adı altında və eyni vaxtda keçirilir.
Tehranın Azadi meydanında keçirilən 22 bəhmən mərasiminin natiqi, İran İslam Respublikasının prezidenti Həsən Ruhanidir.
Məktəbli dini və inqilabi nəğmə qruplarının iştirakı və qətnamənin qiraəti 22 bəhmən mərasiminin hissələrindəndir.
Altı min iranlı və xarici müxbir bütün İslami İranda İslam İnqilabının fəcr proqramları və 22 bəhmən yürüşü mərasimini işıqlandıracaq.