İran İslam Respublikası Ordusunun Dəniz Qoşunlarının Mətbuat Xidməti açıqlama yayıb
Rasthaber Azərbaycan Iran mediasına istinadən xəbərinə görə, İran İslam Respublikası Ordusunun Dəniz Qoşunlarının Mətbuat Xidməti bildirib ki, Konarək yüngül lojestik qayığı bazar günü Cask və Çabahar sularında dəniz təlimləri keçirərkən qəzaya uğrayıb və qayıqdakı qüvvələrdən bir neçə nəfər ölüb.
İİR Ordusunun Dəniz Qoşunlarının mətbuat xidtməti bu gün verdiyi məlumatda hadisənin necə baş verməsini şərh edərək bildirib ki, qəzadan sonra qısa zamanda yardım və xilas qrupları hadisə yerində olublar və şəhid və yaralıları müalicə mərkəzlərinə köçürüblər.
Rəsmi qurumların açıqlamasına görə, qəza zamanı 19 nəfər ölüb və 15 nəfər yaralanıb. Yaralıların durumu stabildir.
İran İslam Respublikası Dəniz Qoşunlarının mətbuat xidmətinin bildirdiyinə görə, qəzaya uğramış "Konarək" qayığı texniki araşdırmaların aparılması məqsədi ilə bölgədəki gəmi dayanacağına köçürülüb.