“İranda iffət mədəniyyətinin və hicabın dəstəklənməsi ilə bağlı yeni qanun layihəsi hökumətə təqdim edilib”.
Azz.rasthaber.com “Report”a istinadən xəbər verir ki, bunu İran ədliyyə sisteminin başçısı, ETTELAAT-ın keçmiş rəisi Qulamhüseyn Möhsüni-Ejei bildirib.
Onun sözlərinə görə, digər qurumların rəhbərlərinin rəyləri də toplanaraq hökumətə göndərilib.
Q.M.Ejei qanun layihəsinin hökumət və parlamentdə razılaşdırılmasından sonra təsdiqlənəcəyinə ümid etdiyini vurğulayıb.