17.03.2022 10:20:47
İranın cənubunda 5,9 bal gücündə zəlzələ baş verib.
Az.rasthaber.com "Oxu.az"a istinadən xəbər verir ki, bu barədə Avropa Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Gecə saatlarında qeydə alınan zəlzələnin ocağı 10 kilometr dərinlikdə olub.
Zəlzələnin episentri 352 min sakini olan Bəndər Abbas şəhərindən 166 kilometr cənub-qərbdə yerləşib.
Tələfat və dağıntılar barədə məlumat yoxdur.