İranın Xuzistan əyalətində xarici kəşfiyyat xidmətləri adından İranda təxribat əməliyyatları hazırlayan casusluq şəbəkəsi İnqilab Keşikçiləri Korpusunun Kəşfiyyat Təşkilatı tərəfindən ləğv edilib.
Az.rasthaber.com xəbər verir ki, İnqilab Keşikçiləri Ordusuna bağlı Kəşfiyyat Təşkilatından verilən açıqlamada, Fars körfəzi ölkələrindən birinin kəşfiyyat təşkilatına bağlı, Xusiztan əyalətində kəşfiyyat və məlumat toplama sahəsində fəaliyyət göstərən casusluq şəbəkəsinin ləğv edilərək ədliyyə orqanlarına təhvil verildiyi açıqlanıb.