İranda ötən sutka ərzində 101 nəfər koronavirusdan (COVID 19) ölüb.
Bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.
Bu barədə Rasthaber trend-ə istinadən məlumat verir.
S.Sadat Larinin sözlərinə görə, bununla da İranda bu virusdan ölənlərin sayı 55 438 nəfərə yüksəlib. İranda ötən 24 saat ərzində 6 045 nəfər koronavirisa yoluxub. Beləliklə İranda bu virusa yoluxanların sayı 1 237 474 nəfərə çatıb. Virus daşıyıcılarından 4 981 nəfərin vəziyyəti ağırdır.
Ölkədə indiyədək 1 004 326 nəfər koronavirusdan sağalıb, 7,72 milyondan çox diaqnoz testi həyata keçirilib.
Hazırda İranda 4 rayon qırmızı zona, 43 rayon narıncı zona və 401 rayon sarı zona hesab olunur.