İranda bioloji silaha qarşı təlim keçirilir - FOTO

İranda bioloji silaha qarşı təlim keçirilir - FOTO

İran İnqilab Keşikçiləri Qvardiyasının Quru Qoşunları bioloji silahdan müdafiə üzrə təlim keçirir.

Rasthaber Azərbaycan İran mediasına istinadən xəbər verir ki, Sepah-ın quru qoşunlarının komandanı İranda sağlamlıq müdafiəsi şəhidlərinin mühit təmizləmə və bioloji müdafiə təlimində on qərargahın imkanlarından istifadə olunmasından xəbər verib.

Briqada generalı pasdar Məhəmməd Pakpour sağlamlıq müdafiəsi şəhidlərinin mühit təmizləmə və bioloji müdafiə manevrinin başlanğıcında deyib: "Müəyyən edilmiş mərkəzlərin təmizlənməsi və dezinfeksiya edilməsi üçün Sepah-ın quru qoşunlarının yüzdən çox bölməsindən istifadə olunub".

Sepah-ın quru qoşunlarının komandanı sonra "Bu əməliyyat Sepah-ın quru qoşunlarının səyyar və sabit xəstəxanalarının bütün imkanlarından istifadə edərək, ölkə boyu üç min, Tehranda isə yüz nöqtədə başlanıbdır ki, onda, bulanmış mərkəzlərin təmizlənməsi və dezinfeksiyası əməliyyatı həyata keçiriləcəkdir", -deyə əlavə edib.

"Bütün müalicə, gigiyena, təmizləmə və dezifeksiya tədbirləri koronavirusla mübarizə qərargahının siyasətləri istiqamətindədir. 3500-dən çox çarpayısı olan sağlamlaşdırma mərkəzi yaratdıq. Bu miqdar 5 min çarpayıyadək artırıla bilər.", -deyə Sepah rəsmisi qeyd edib.

Xəbəri paylaş

VİDEOLAR