İranda beynəlxalq Quran yarışlarının ilk gecəsinin proqramı keçirilib

İranda beynəlxalq Quran yarışlarının ilk gecəsinin proqramı keçirilib

İran İslam Respublikasının 37. Beynəlxalq Qurani-Kərim Yarışlarının final mərhələsi ötən gecə (6 Mart 2021) öz işinə başlayıb.

Rasthaber Azərbaycan İQNA-ya istinadən xəbər verir ki, virtual keçirilən yarışların final mərhələsi ötən gün, (Şənbə, 6 mart 2021), günün ikinci yarısında, yerli vaxtla saat 19:00-da öz işinə başlayıb və axşam saat 23:00-dək davam edib.

Ötən gecə Qurani-Kərimin "tərtil" tilavəti üzrə rəqabətlərə Suriya, Misr, İraq, Hollandiya, İran, İndoneziya, Livan, Çad və Nigeriyadan olan iştirakçılar qatılıblar.      

Bu yarışlar gələn həftənin Çərşənbə Axşamı gününədək hər gün yerli vaxtla saat 19:00-dan axşam saat 23:00-dək davam edəcək.

Yarışların yekun mərasimi Rəcəb ayının 27-də, əziz İslam Peyğəmbərinin (s) "besət" günü, Məbəs bayramında keçiriləcək.

Xəbəri paylaş

VİDEOLAR