İranın cənubundakı Kirman əyalətində güclü yağışlardan sonra baş verən sel fəlakətində 3 nəfər həyatını itirib.
Az.rasthaber.com xəbər verir ki, İran İşçi Xəbər Agentliyinin (İLNA) verdiyi məlumata görə, Kirman Qızıl Aypara Cəmiyyətinin direktoru Rza Fəllah əyalətin 6 kəndinə təsir edən sel fəlakəti barədə məlumat verib.
K.Fellah "Kirman vilayətinin Ciruft qəsəbəsində baş verən sel fəlakətində 3 nəfər həyatını itirdi. Üçüncü şəxsin cəsədi Abgerm kəndinin çayında tapılıb" deyib.
Bölgəyə çoxlu sayda axtarış-xilasetmə qrupunun cəlb olunduğunu bildirən K.Fəllah suyun boşaldılması və yardım işlərinin davam etdiyini qeyd edib.