İranda ağır yol qəzası: 9 ölü, 19 yaralı

İranda ağır yol qəzası: 9 ölü, 19 yaralı

İranda ölümlə nəticələnən yol qəzası baş verib.

APA-nın Tehran bürosunun xəbərinə görə, qəza bu gün Mübarəkə şəhərində qeydə alınıb.

Belə ki, İsfahandan Şiraz istiqamətində hərəkət edən sərnişin avtobusunun sürücüsü idarəetməni itirib, nəqliyyat vasitəsi yoldan çıxaraq aşıb.

Qəza nəticəsində 9 nəfər ölüb, 19 nəfər xəsarət alıb.

Xəstəxanaya yerləşdirilən yaralılardan 17 nəfərinin vəziyyəti ağır qiymətləndirilir.

Xəbəri paylaş

VİDEOLAR