İranda aeroportda iki avtobus toqquşub, 40 nəfər yaralanıb

İranda aeroportda iki avtobus toqquşub, 40 nəfər yaralanıb

İranın Tehran əyalətində İmam Xomeyni adına hava limanı ərazisində iki avtobus qəzaya uğrayıb.

Az.rasthaber.com APA-ya istinadən xəbər verir ki, bu barədə Tehran əyalətinin Qızıl Aypara Cəmiyyəti məlumat verib.

Məlumata görə , bu gün saat 7:35-də İmam Xomeyni adına Beynəlxalq Hava Limanının terminal ərazisində iki avtobus toqquşub. Qəza nəticəsində 40 nəfər yaralanıb.

Yaralılar xəstəxanaya yerləşdirilib.

Xəbəri paylaş

VİDEOLAR