İranda Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) ilə əməkdaşlığın dayandırılması ilə bağlı qanun layihəsi parlamentə təqdim edilib.
Az.rasthaber.com xəbər verir ki, İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf məsələ ilə bağlı açıqlama verib.
Qalibaf deyib:
“Biz bu beynəlxalq təşkilatdan peşəkar münasibətlə bağlı konkret təminat alana qədər İranın MAQATE ilə əməkdaşlığını dayandıran qanun layihəsini parlamentdə qəbul etməyə çalışırıq”.
Qalibaf ölkəsinin İslam İnqilabının Rəhbəri İmam Xameneinin fətvasına uyğun olaraq qeyri-dinc nüvə fəaliyyətləri ilə bağlı planlarının olmadığını bildirib və deyib:
“Dünya açıq şəkildə MAQATE-nin üzərinə götürdüyü öhdəliklərin heç birini yerinə yetirmədiyini və siyasi alətə çevrildiyini gördü”.