21.02.2023 12:20:34
İranda zəlzələ baş verib.
Az.rasthaber.com APA-ya istinadən xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Maqnitudası 5,3 olan zəlzələnin episentri Bəndər-Abbas şəhərindən 113 km şimal-qərbdə qeydə alınıb.
Xəsarət alanlar və dağıntılar barədə məlumat yoxdur.