15.03.2021 08:57:30
İranın cənubunda 5,1 bal gücündə zəlzələ baş verib.
Rasthaber xəbər verir ki, İranın Seysmoloji Mərkəzinin hesabatına görə, bazar axşamı baş vermiş yeraltı təkanların episentri Bəndər-Abbas şəhərindən 122 kilometr şimal-şərqdə, ocağı isə 60 kilometr dərinlikdə yerləşib.
Zəlzələ nəticəsində xəsarət alan yoxdur. Kəhnuc və Bəndərabbas xəstəxanaları fövqəladə vəziyyətdədirlər.