İranda 27 min nəfər könüllü olaraq yerli vaksinin sınağında iştirak edəcək

İranda 27 min nəfər könüllü olaraq yerli vaksinin sınağında iştirak edəcək

Bu testlər gələn həftə və üç etapda həyata keçiriləcək.

İranın "Şəfa Farmed" şirkəti tərəfindən istehsal olunan koronavirusa qarşı ilk İran vaksini heyvan testi etaplarını keçdikdən, Ümumdünya Səhiyyə Təşkilatında qeydiyyata alındıqdan və İranın səhiyyə nazirliyindən lazımi lisenziyaları kəsb etdikdən sonra sınaq mərhələsinə daxil olub.

Rasthaber Azərbaycan İran mediasına istinadən xəbər verir ki, bu testlər gələn həftə və üç etapda həyata keçiriləcək.

"Şəfa Farmed" şirkətinin bu barədə rəsmi açıqlamasında deyilir: "Çərşənbə axşamı günündən və könüllülərin qeydə alınmalarının başlandığının elan olunmasından sonra iranlı alimlər tərəfindən istehsal edilmiş koronavirusa qarşı vaksinin insan üzərində testi üçün 27 min 79 nəfər hazırlıq elan edərək, qeydiyyatdan keçib".

Xəbəri paylaş

VİDEOLAR