İranda indiyədək 1934 nəfər bu virusa yoluxma nəticəsində həyatını itirib.
Rasthaber Azərbaycan "Mehr" agentliyinə istinadən xəbər verir ki, İranın səhiyyə nazirliyi indiyədək İranda koronavirusa yoluxanlardan 8913 nəfərin sağaldığını və xəstəxananı tərk etdiyini bildirib.
İranın səhiyyə nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Kiyanuş Cihanpur bu gün jurnalistlər qarşısında ölkədə 24811 nəfərin koronavirusa yoluxduğunu bildirərək deyib ki, təəssüflə, indiyədək 1934 nəfər bu virusa yoluxma nəticəsində həyatını itirib.
Cihanpur bildirib ki, bir sutka ərzində 122 nəfər koronavirusdan ölüb, 1762 nəfər isə bu virusa yoluxduğu məlum olub.