İranda 20 min Meqavatlıq nüvə elektrik enerjisi istehsalı layihəsinə başlanılıb

İranda 20 min Meqavatlıq nüvə elektrik enerjisi istehsalı layihəsinə başlanılıb

İranın Atom Enerjisi Təşkilatının rəhbəri Məhəmməd İslami bildirib ki, 20 min meqavatlıq nüvə elektrik enerjisi istehsalı layihəsinə start verilib.

Az.rasthaber.com xəbər verir ki, İslami Atom Enerjisi Təşkilatının Səmərəlilik Komitəsinin iclasında çıxış edib.

İslami 20.000 meqavatlıq nüvə elektrik istehsalı layihəsinin başladığını bildirərək deyib: "Bu böyük layihəyə əslində start verilib. Layihə əsasında icraçı şirkətlər yaradılıb və dövlət dəstəyi ilə işləri irəli aparacaqlar".

Buşəhr Atom Elektrik Stansiyasının son 10 ildə 72 milyard kilovat elektrik enerjisi istehsal etdiyini bildirən İran rəsmisi bunun 110 milyon barel neft qənaətinə uyğun gəldiyini və bu obyektin tikintisinin dəyərinin təxminən 1 milyard avro olduğunu qeyd edib.

İslami 20 min meqavatlıq nüvə elektrik enerjisi istehsalı layihəsi ilə bağlı heç bir təfərrüat verməyib.

Xəbəri paylaş

VİDEOLAR