İranda 2 gündür davam edən sel fəlakəti nəticəsində 53 nəfərin həyatını itirdiyi, 16 nəfərin isə itkin düşdüyü bildirilib.
Az.rasthaber.com xəbər verir ki, iki gündür davam edən və İranın 31 vilayətindən 18-də 400 şəhər və kəndi təsir altına alan daşqın nəticəsində 53 nəfərin həyatını itirdiyi, 16 nəfərin isə hələ də itkin düşdüyü açıqlanıb.
İtkin düşənlərin axtarışlarının davam etdiyi bildirilib.
Tehran qubernatoru Muhsin Mənsuri dövlət televiziyasına bildirib ki, ən çox zərər çəkən bölgə paytaxt Tehranın şimal-şərqində, Əlborz dağlarının ətəyində ən azı 10 nəfərin öldüyü Firuzkuh bölgəsidir.
Qeyd edək ki, Cümə axşamı İmamzadə Davud kəndində baş verən sürüşmə nəticəsində azı 8 nəfərin öldüyü, bir türbənin dağıldığı açıqlanıb.