İran İslam Respublikasının BMT-dəki Daimi Nümayəndəsi Məcid Təxti Rəvançı deyib
İran İslam Respublikasının BMT-dəki Daimi Nümayəndəsi Məcid Təxti Rəvançı Əl-Cəzirə telekalına veridiy müsahibədə bildirib ki, qarşıdakı üç ay ərzində İrana qarşı tətbiq edilən sanksiyaların ləğvi təqdirdə, rəsmi Tehran öz öhdəliklərini yerinə yetirəcək.
Rasthaber Azərbaycan İran mediasına sitinadən xəbər verir ki, Təxti Rəvançı "Əhatəli Müştərək Təşəbbüs Proqramı" ilə bağlı İranın atdığı addımlara toxunaraq rəsmi Vaşinqtonun müqavilədən qanusuz şəkildə çıxmasından sonar İranın atdığı addımların gərginlikləri qızışdırmaq mənasında olmadığını bildirib.
İran İslam Respublikasının BMT-dəki daimi nümayəndəsinin sözlərinə görə, ABŞ-ın qanunsuz halda müqavilənin pozduğunu nəzərə alaraq, Tehranın öhdəliklərinin azaldılması yalnız ABŞ-ın qyeri-qanuni hərəkətləri qarşısında baş tutub və İrana qarşı sanksiyalar qaldırıldıqdan sonra Tehranın hər hansı bir addım atacağı baş tuta bilər.
İran İslam Respublikası rəsmi həmçinin, ABŞ-ın "Əhatəli Müştərək Təşəbbüs Proqramı"-na qayıtması və öhdəliklərini yerinə yetirməsi üçün yeni şərt və ya tələbləri qəbul etməyəcəyini bildirdi.