İran yığması ABŞ yığmasını məğlub etdi

İran yığması ABŞ yığmasını məğlub etdi

İranın futzal üzrə yığma komandası ABŞ komandasına qalib gələrək, Litvada keçirilən Futzal üzrə Dünya Çempionatı-2021 yarışlarının play-off mərhələsinə yüksəliblər.

Rasthaber Azərbaycan sports.ru-ya istinadən xəbər verir ki, Dünya Çempionatının F qrupunda yer alan İranın futzal üzrə milli komandası qrup mərhələsindəki ikinci görüşündə, ABŞ komandası ilə qarşılaşıb və 4-2 hesabı ilə rəqibinə qalib gələrək, bu yarışların play-off mərhələsinə vəsiqə qazanıb.

İran komandası bu qələbə ilə 6 xal toplayaraq, play-off  mərhələsinə yüksəlməsini dəqiqləşdirdi. İranlı futzalçılar Dünya Çempionatı çərçivəsindəki ilk görüşlərində Serbiyanı məğlub etmişdilər.

İranın futzal yığması, bazar ertəsi Tehran vaxtı ilə saat 21:30-da və Dünya Çempionatının qrup mərhələsindəki son oyununda bundan əvvəlki turnirin çempionu Argentina komandası ilə qarşılaşacaq.

Xəbəri paylaş

VİDEOLAR