Bazanın strateji əhəmiyyət kəsb etdiyi qeyd edilib.
Rasthaber Azərbaycan İran mediasına istinadən xəbər verir ki, İran İslam İnqilabı Keşikçiləri Ordusu (Sepah) Fars körfəzi sahilində yerləşən yeraltı raket bazasını nümayiş etdirib.
Bazanın strateji əhəmiyyət kəsb etdiyi qeyd edilib.
Bildirilir ki, mərasimdə Sepahın baş komandanı Hüseyn Salami, həmçinin Sepah Hərbi Dəniz Qüvvələrinin (HDQ) komandanı Əlrza Təngsiri də iştirak edib.
Salaminin sözlərinə görə, kompleksdə yüksək dəqiqliyə malik, “olduqca dağıdıcı gücə sahib” raketlər yerləşdirilib və onların mənzili “yüzlərlə kilometrdir”. Həmin raketlər radioelektron müdafiə vasitələrini dəf etmək qabiliyyətindədir.