İran İslam İnqilabı Keşikçiləri Korpusunun (Sepah) yeni yeraltı “Raket şəhəri” təqdim edilib.
Az.rasthaber.com “mehrnews”ə istinadən xəbər verir ki, təqdimat İrandakı İslam İnqilabının qələbəsinin 46-cı ildönümü münasibətilə keçirilən tədbirdə baş tutub.
Orada Sepah komandanı general-mayor Hüseyn Səlami və Sepah Dəniz Qüvvələrinin komandanı admiral Əlirza Təngsiri iştirak edib.
Yeni yeraltı hərbi bazanın adı “Qadir-360″dır.
Xatırladaq ki, son zamanlarda İran bir neçə yeni yeraltı bazalarını təqdim edib.