Yaxın günlərdə İran yeni peyk daşıyıcısını sınaqdan keçirəcək.
Az.rasthaber.com APA-ya istinadən xəbər verir ki, bunu İranın rabitə və informasiya texnologiyaları naziri İsa Zarepur deyib.
O bildirib ki, İran Rusiya ilə "Xəyyam" peykinin birgə istehsal xəttini işə salacaq. "Xəyyam peykinin ikinci, üçüncü və dördüncü variantını birgə istehsal edəcəyik”, - nazir deyib.
O qeyd edib ki, yaxın iki-üç həftə ərzində 100 kiloqram çəkisi olan peyki orbitə çıxara biləcək yeni peyk daşıyıcısı sınaqdan keçiriləcək.