İran Yair Lapidin İran əleyhinə iddialarına reaksiya verib

İran Yair Lapidin İran əleyhinə iddialarına reaksiya verib

İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani öz Tvitter hesabında paylaşım edərək sionist rejimin baş naziri Yair Lapidin İran əleyhinə iddialarına reaksiya verib.

Az.rasthaber.com xəbər verir ki, Xarici İşlər Nazirliyinin mətbuat katibi açıqlamasında bildirib:

"Dünyanın bir nömrəli terrorçu rejiminin baş naziri BMT Baş Assambleyasında uğursuz sələfini təqlid edərək, nifrət yaymaq və xalqımızı təhdid etmək üçün İran əleyhinə iddialar səsləndirib. 

Bu, onların dünyanı təhdid və şantaj etmək üçün istifadə etdiyi bir yoldur.

İran sübut etdi ki, hər hansı bir təcavüz olarsa, qorxunc cavab verməkdən çəkinməyəcək”.

Xəbəri paylaş

VİDEOLAR