İranın şimalında yerləşən Mazandaran vilayətinin Noşəhr rayonu ərazisində Xəzər dənizində ilk süni adanın yaradılmasına lisenziya verilib.
Trend-in məlumatına görə, bunu İranın Mazandaran vilayəti Noşəhr rayonu bələdiyyə sədri Əli Əmani deyib.
Ə.Əmaninin sözlərinə görə, süni adanın dizaynı və ilkin araşdırmaları Pars Sazeh Şirkəti tərəfindən həyata keçirilib.
Bələdiyyə sədri əlavə edib ki, cari ildə (21 mart 2021 – 20 mart 2022) investorun müəyyənləşməsi üçün elan veriləcək və işlərə başlanacaq.
O, bildirib ki, sahildən 1 kilometr məsafədə yerləşəcək adanın ərazisi 18 hektardır. Adada 300 əyləncə qayığının qəbulu, 5 ulduzlu hotel, dəniz restoranı, lunapark, idman və əyləncə mərkəzi, konfrans zalı və digər obyektlərin tikintisi nəzərdə tutulub.