İran: Xuzistandakı olayların əsil səbəbkarları - 79 təxribatçı tutuldu

İran: Xuzistandakı olayların əsil səbəbkarları - 79 təxribatçı tutuldu

Xuzistan əyalətində terror törədən, həmçinin tələbə günündə iğtişaş hazırlayan dəstələr ifşa edilib

İran Təhlükəsizlik Nazirliyi Xuzistan əyalətində dövlət və rəsmi mərkəzlərə, hərbi və polis bazalarına, tanınmış şəxslərə sui-qəsd həyata keçirən 79 nəfərin həbs olunduğunu açıqlayıb.
Rasthaber Azərbaycanın verdiyi məlumata görə, tutulan şəxslərdən avtomat, tapanca kimi müxtəlif silahlar, həmçinin hərbi uniforma, saxta maşın nömrəsi və bəzi sənədlər götürülüb.
Bununla bağlı nazirliyin açıqlamasında "Hücumlarda Fars Körfəzi ölkələrindən birinin dəstəyilə təlim edilmiş 3 terrorçu qrup, dövlət mərkəzlərinə hücum etmək, təhlükəsizlik rəsmiləri, o cümlədən xalqa atəş açmaqda ittiham olunurlar. Həbs olunanlar arasında Fars Körfəzi ölkələrindən birinin vətəndaşı da var.", -deyə bildirilib.
Nazirliyin digər açıqlamasında dekabrın 7-də, tələbə günündə Tehranda və İranın bəzi rayonlarındakı ali təhsil ocaqlarında pozğunluq və toqquşma törətmək niyyətində olan əks-inqilabçı şəbəkələrdən bir qruplaşmanın zərərsizləşdirilməsi də qeyd edilib.

Xəbəri paylaş

VİDEOLAR