İran Xürrəmşəhr-4 adlı yeni raketini təqdim edib

İran Xürrəmşəhr-4 adlı yeni raketini təqdim edib

Hürrəmşəhr-4 adlı uzaqmənzilli strateji raket briqada generalı Əmir Aştianinin iştirakı ilə təqdim edilib.

Az.rasthaber.com xəbər verir ki, Xürrəmşəhərin azad edilməsinin ildönümü ilə eyni vaxtda briqada generalı Əmir Astiyaninin iştirakı ilə Hürrəmşəhr-4 adlı uzaqmənzilli strateji raket təqdim edilib.

Xürrəmşəhr-4 raketi Müdafiə Nazirliyinin Aviasiya və Kosmos Təşkilatı mütəxəssisləri tərəfindən dizayn edilmiş, 2000 km mənzilli və 1500 kq ağırlığında yüksək partlayıcı döyüş başlığı ilə ən qabaqcıl raketlərdən biridir.

Briqada generalı Əmir Aştiani yeni raketlə bağlı deyib: “Bu raket Aerokosmik Sənaye Təşkilatındakı alimlərimizin uzun illər ərzində göstərdiyi səylərin nəticəsidir və

Bu raketin özəlliklərindən biri də onun radar tərəfindən aşkar edilməməsi və düşmənin hava hücumundan müdafiə sisteminin önünə keçməsidir".

Xəbəri paylaş

VİDEOLAR