İran XİN-ə yeni mətbuat katibi təyin edilib

İran XİN-ə yeni mətbuat katibi təyin edilib

İran Xarici İşlər naziri Seyid Abbas Əraqçi İsmayıl Bəqaini İctimai Diplomatiya Mərkəzinin yeni rəhbəri və bu nazirliyin mətbuat katibi təyin edib.

Az.rasthaber.com xəbər verir ki, İsmayıl Beqai bundan əvvəl İran Xarici İşlər nazirinin köməkçisi olub.

 

Həmçinin, 2018-2022-ci illərdə İran İslam Respublikasının BMT-nin Cenevrə ofisindəki səfiri və daimi nümayəndəsi, 2011-2015-ci illərdə Xarici İşlər Nazirliyinin Hüquq şöbəsinin müdiri və 2006-2010-cu illərdə Nyu-Yorkda Birləşmiş Millətlər Təşkilatının Hüquq Komitəsində İran İslam Respublikasının nümayəndəsi olmaq Bəqainin iyirmi illik diplomatik qurumlarda vəzifələrindən olmuşdur.

 

Bəqai Nasir Kənaninin yerinə təyin edilib.

Xəbəri paylaş

VİDEOLAR