İran Xarici İşlər Nazirliyinin sözçüsü Seyyid Abbas Musəvi bu gün öz mətbuat konfransında deyib
Rasthaber Azərbaycan xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü Seyyid Abbas Musəvi bu gün öz mətbuat konfransında Amerikanın İrana qarşı silah sanksiyalarını uzatmağa çalışmasına toxunub.
O bildirib ki, əgər bu sanksiyalar uzadılarsa, İran da şəraitə əsasən hərəkət edəcək və cavab verəcək.
İranın diplomatiya aparatının rəsmi nümayəndəsi deyib ki, amerikalılar özlərinin hazırkı məqsədlərinə çata bilməzlər, tələblərinin hüquqi əsası yoxdur və onlar artıq nüvə anlaşmasının üzvü də deyillər.
Musəvi həmçinin İŞİD terrorçularının yenidən İraqda fəaliyyətə başlamalarına və Haşdi Şabi qüvvələrini hədəfə almalarına toxunub.
Nusəvi bildirib ki, İraq xalqının təzyiqi altında olan amerikalılar İŞİD-i gücləndirməklə İraqdan qovulmalarına mane olmaq və ya bu qovulmanı təxirə salmaq istəyirlər.
Musəvi Livan Hizbullahının Almaniya tərəfindən terrorçu adlandırılmasına da toxunaraq deyib ki, almanlar hazırda sionistlərə öz tarixi börclarını ödəyirlər.