İran XİN rəhbəri Hizbullah liderinə məktub göndərib

İran XİN rəhbəri Hizbullah liderinə məktub göndərib

İran İslam Respublikasının Xarici İşlər naziri höccətül-islam vəl-müslimin Şeyx Nəim Qasimə ünvanladığı məktubda onu Livan Hizbullah Hərəkatının yeni Baş katibi seçilməsi münasibətilə təbrik edib.

Rasthaber Azərbaycan İran mediasına istinadən xəbər verir ki, Seyid Abbas Əraqçinin 30 oktyabr çərşənbə günü yayılan təbrik məktubunda bildirilir: “Sizin Livanda və İslam dünyasında parlaq elmi və mübarizə keçmişinə sahib bir şəxsiyyət kimi Hizbullah Hərəkatı Şurası tərəfindən Livan islami müqavimət hərəkatının yeni Baş katibi və ucaməqamlı, qəhrəman Seyid Həsən Nəsrullahın (Allahın rəhməti olsun ona) varisi olaraq layiqli seçilmənizi ürəkdən təbrik edirəm.”

 

İran Xarici İşlər naziri “Şübhəsiz ki, bu dəyərli seçim Livan islami müqavimətinin sionist terror rejimi ilə mübarizə sahəsində mübarək həyatında yeni bir səhifə açacaq, Livanda müqavimət ağacı sizin Baş katibliyiniz dövründə keçmişdən daha güclü və daha məhsuldar şəkildə davam edəcəkdir.”əlavə edib.

 

Əraqçi məktubun davamında bildirib: “Qətiyyətlə inanıram ki, Həzrət Haqqın köməyi və əziz Livan gəncinin rəşadətliyi ilə tezliklə biz şər və terror oxuna qarşı mübarizədə müqavimət cəbhəsinin son qələbəsinin şahidi olacağıq, dostlar və düşmənlər müqavimətin canlı olduğunu və yaşayağını etiraf edəcəklər, müqavimət liderlərinin pak qanı bu günün gəncləri və gələcək nəsillər üçün ilham və bələdçi olaraq qalacaqdır.”

Xəbəri paylaş

VİDEOLAR