İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü Pompeoya cavab verdi
Rasthaber Azərbaycan İran mediasına istinadən xəbər verir ki, İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü ABŞ-ın dövlət katibi Mayk Pompeonun koronavirusla mübarizə sahəsində bu ölkənin İrana kömək etməyə hazır olmasına dair iddiasını təbliğat, riyakar və gülünc bir hərəkət adlandırıb.
Seyid Abbas Musəvi bildirib ki, siyasi qərəzlərə malik nümayişkaranə hərəkətlər koronavirusla mübarizə yolu deyildir.
XİN sözcüsü özünün iqtisadi terrorizmi ilə İran xalqına qarşı geniş təzyiqlərə bais olan və hətta dərman və tibbi ləvazimatların satın alınması yolunu belə, bağlamış bir ölkə tərəfindən koronavirusla mübarizə sahəsində İrana yardım iddiası gülünc bir iddia, həmçinin siyasi-psixoloji bir oyundur.
" İran dövləti indiyədək süni tənəffüs aparatları, xüsusi cərrahiyyə maskaları və koronavirusun diaqnozu üzrə yüz min ədəd sınaq şüşəsinə şamil olan əsas ehtiyaclarını dost ölkələr vasitəsilə təmin edib və digər yüklər də yoldadır ki, vaxtında barəsində məlumat veriləcəkdir.", -deyə Musəvi əlavə edib.