İran Xarici İşlər Nazirliyi şəhid general Hacı Qasim Süleymaninin şəhadətinin ildönümü ərəfəsində bir tvitdə yazıb: "Regionumuz həqiqi bir sülh döyüşçüsünü itirdi"
Rasthaber Azərbaycan İran mediasına istinadən xəbər verir ki, İranın Xarici İşlər Nazirliyi İranlı general Qasim Süleymaninin şəhadətinin ildönümü ərəfəsində bir tvitdə, general Süleymaninin terror edilməsinin ABŞ-ın əsl mahiyyətini üzə çıxardığını bəyan edərək yazıb: "Bölgəmiz əsl bir sülh mübarizini itirdi, Bonn Konfransına kömək etməkdən tutmuş bölgəni İŞİD-dən xilas etmək üçün yorulmaz mübarizəsinə qədər Sərdar Süleymani Qərbi Asiyada və ondan kənarda sabitliyin yaradılması üçün mübarizədə misilsiz bir rol oynadı".