İran XİN başçısından Trampın xüsusi nümayəndəsinə xəbərdarlıq: Əks halda razılaşma olmayacaq

İran XİN başçısından Trampın xüsusi nümayəndəsinə xəbərdarlıq: Əks halda razılaşma olmayacaq

İran və ABŞ arasında dolayısı danışıqların beşinci raundunda iştirak etmək üçün İtaliyanın paytaxtına yola düşməzdən bir saat əvvəl İranın xarici işlər naziri özünün X sosial şəbəkəsindəki hesabında yazıb: Amerika ilə dolayısı danışıqların beşinci raundu üçün Romaya gedirəm.

Az.rasthaber.com xəbər verir ki, Seyid Abbas Əraqçi davam etdi: Razılığa çatmaq üçün bir yol tapmaq mürəkkəb bir tənlik deyil: Sıfır nüvə silahı = razılaşmamız var. Sıfır zənginləşdirmə = razılaşma yoxdur.


Diplomatik xidmət rəhbəri ABŞ prezidentinin Qərbi Asiya üzrə xüsusi nümayəndəsi Stiv Vitkofun başçılıq etdiyi ABŞ danışıqlar qrupuna qısa mesajını “qərar vermək vaxtı çatıb” ifadəsi ilə yekunlaşdırıb.

Xəbəri paylaş

VİDEOLAR