İran İslam Respublikası və Suriyanın xarici işlər nazirləri görüşüblər.
Rasthaber Azərbaycan İran mediasına istinadən verdiyi məlumata görə, Dəməşqdə səfərdə olan İran XİN başçısı Hüseyn Əmir Abdullahiyan Suriya XİN başçısı Feysəl Miqdadla görüş keçirib.
İran xarici işlər naziri bu gün İraqı himayə üzrə regional konfransda iştirakdan sonra ilk ikitərəfli səfərdə Suriyaya yola düşüb.
Əmir Abdullahiyan Suriyaya daxil olarkən deyib ki, İran İslam Respublikasının Suriya və İraqla əlaqələri strateji əlaqələrdir.