O bildirib ki, ötən aylar ərzində Azərbaycan və İran arasında əlaqələrin inkişafı üçün səylər artıb.
Azərbaycan vətəndaşlarının gediş-gəlişini asanlaşdırmaq üçün çalışırıq.
Az.rasthaber.com APA-ya istinadən xəbər verir ki, bunu İranın Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Səid Xətibzadə bu gün keçirdiyi mətbuat konfransında İran və Azərbaycan arasında imzalanmış Anlaşma Memorandumu haqqında danışarkən deyib.
O bildirib ki, ötən aylar ərzində Azərbaycan və İran arasında əlaqələrin inkişafı üçün səylər artıb.
XİN rəsmisi xatırladıb ki, iki ölkənin müştərək iqtisadi komissiyasının iclası keçirilib və müvafiq sənəd imzalanıb.
“İran müharibə dövründə Azərbaycan vətəndaşlarının Naxçıvan Muxtar Respublikasına Biləsuvar sərhəd-keçid məntəqəsi vasitəsilə gediş-gəlişini təmin edirdi. Müharibədən sonra qərara alındı ki, proses daha yaxın bölgədən təmin olunsun. Lazımi infrastruktur hazırlanaraq yeni tranzit yolu açılacaq”, - Xətibzadə diqqətə çatdırıb.