İran XİN Avropa ABŞ-dakı etirazçılara qarşı zülmlərə susqunluğunu tənqid etdi

İran XİN Avropa ABŞ-dakı etirazçılara qarşı zülmlərə susqunluğunu tənqid etdi

İran XİN mətbuat katibi Avropanın ABŞ-da xalqın amansız repressiya edilməsinə qarşı susqunluğunu qınayıb.

Rasthaber Azərbaycan İran mediasına istinadən xəbər verir ki, İran XİN mətbuat katibi Seyid Abbas Musəvi  Avropanın ABŞ-da xalqın amansız repressiya edilməsinə qarşı susqunluğunu qınayıb.

"ABŞ rejiminin öz xalqına nəfəs almaq icazəsi vermədiyi və dinc aksiyaları vəhşicəsinə dağıtdığı bir halda, Avropa və dünyada dırnaqarası hüquq müdafiəçilərinin kar edən səssizliyi bir daha onların iki üzlülüyü, riyakarlığı və ikili standartlarını nümayiş etdirdi", -deyə Musəvi əlavə edib.

İranın Xarici İşlər Nazirliyi iyunun 18-də bir tvittdə ABŞ-da etirazçılara qarşı divan tutmasına işarə edərək yazıv:  "Artıq dünyanın ABŞ rejimini bu ölkənin daxilində və xaricində insan hüquqlarına görə cavabdeh etməyə təmərküzləşməsinin vaxtı gəlib çatıb".

Xəbəri paylaş

VİDEOLAR