İranın Xarici İşlər Nazirliyinin sözçüsü Seyyid Abbas Musəvi Pompeoya cavab verib
Rasthaber Azərbaycan İran mediasına istinadən xəbər verir ki, İranın Xarici İşlər Nazirliyinin sözçüsü Seyyid Abbas Musəvi, ABŞ Xarici İşlər Naziri Mayk Pompeonun İranla nüvə anlaşması ilə bağlı iddiasına reaksiya verib.
ABŞ dövlət katibi Mayk Pompeonun Amerikanın İranla nüvə razılaşmasından çıxması ilə bağlı son iddiası, İranın Xarici İşlər Nazirliyinin sözçüsü Seyyid Abbas Musəvinin sərt reaksiyası ilə qarşılanıb.
ABŞ Dövlət katibi Pompeonun Twitter hesabındakı iddiasına reaksiya verən Musəvi deyib:"Yalniz Amerika kimi bir üsyançı və quldur rejim beynəlxalq öhdəlikləri və beynəlxalq qanunları heç bir mənəvi məsuliyyət olmadan pozmaqdan qürur duya bilər. Sözlərimi unutma; 8 May 2018 (ABŞ-ın nüvə anlaşmasından çıxdığı tarix) ABŞ hökmranlığı üçün əbədi bir qəzəb və rəzalət olaraq qalacaq."