İran XİN: Amerika Yəməndən rüsvayedici məğlubiyyətlə ayrılacaq

İran XİN: Amerika Yəməndən rüsvayedici məğlubiyyətlə ayrılacaq

İran Xarici İşlər Nazirliyi bu gün Ərəbistanın başçılığı altında Yəmənə təcavüzün 6-cı ildönümü ərəfəsində bəyanat yayıb

Rasthaber Azərbaycan İran mediasına istinadən xəbər verir ki, İran Xarici İşlər Nazirliyi səud koalisiyasının ardıcıl şəkildə Yəmənə təcavüzünü pisləyib.

İran Xarici İşlər Nazirliyi bu gün Ərəbistanın başçılığı altında Yəmənə təcavüzün 6-cı ildönümü ərəfəsində bir bəyanat yayıb. Nazirlik bu bəyanatda bildirib: "Yəmənə hərbi təcavüz elə bir halda davam edir ki, Amerika və bəzi digər ölkələr nəinki təcavüzkar qüvvələrin hərbi cinayətlərinə göz yumublar, həm də silah satışı, həmçinin himayə və kəşfiyyat dəstəkləri ilə bu cinayətlərə şərikdirlər və buna görə cavab verməlidirlər."

Bəyanatda sonra deyilir: "Amerika həmçinin Yəmənin müxtəlif bölgələrində nəzərəçarpacaq hərbi iştirakını artırmaqla bu ölkədəki strategiyasını açıqladı və özünün Yəməndə hərbi təsbitinə çalışır."

Bəyanatın davamında deyilir ki, beynəlxalq təşkilatların təsdiqlərinə görə, Yəmən əhalisinin səksən faizi, yəni təqribən 25 milyon qadın və uşaq humanitar yardımlara ehtiyac duyur. 

"Zalımcasına və qeyri-insani sanksiyalar və törədilmiş cinayətlər bais olub ki, Yəmən xalqının faciəli vəziyyəti dünya səviyyəsində əsrin ən böyük insan faciəsi kimi yad edilsin.", -deyə İran XİN-in bəyanatında qeyd edilir.

Səud koalisiyasının Yəmənə qarşı savaşının 6-cı ili tamam olur.

Xəbəri paylaş

VİDEOLAR