İran XİN: ABŞ və Avropanın ikili standartları insan haqlarına ən böyük zərbədir

İran XİN: ABŞ və Avropanın ikili standartları insan haqlarına ən böyük zərbədir

ABŞ və bəzi Avropa ölkələrinin siyasi motivli və ikili standartlı hərəkətləri hər zaman insan hüquqlarının əsasına ən böyük zərbəni vurub

Rasthaber Azərbaycan İran mediasına istinadən xəbər verirki, bunu İran XİN sözcüsü Səid Xətibzadə bildirib.

O Qardian qəzentində dərc edilən son hesabatları rədd edərək deyib: "Xüsusilə hazırkı dönəmdə İran İslam Respublikasında insan haqları vəziyyəti ilə bağlı qara piar aparmaq məqsədilə hazırlanmış bu sifarişli hesabatların məqsədi, tamamilə aydındır".

Xətinbzadə, həmçinin bəzi Avropa ölkələrinin yanaşması, hərəkətləri və sözlərini İran İslam Respublikasının daxili işlərində müdaxilə kimi xarakterizə edib.

İran İslam Respublikasının Xarici İşlər Nazirliyinin mətbuat katibi vurğulayıb: "Çox qəribə və inanılmazdır ki, həmin ölkələr, ABŞ-ın qeyri-insani siyasəti və zalımcasına sanksiyaları səbəbi ilə İran xalqının hüquqlarının kobud şəkildə pozulmasına nəinki reaksiya vermirlər, əksinə biganə yanaşaraq, onda iştirak da edirlər."

Xəbəri paylaş

VİDEOLAR