İran Xarici İşlər Nazirliyi (XİN) ABŞ İsrail hücumlarına görə məsuliyyət daşıdığını bəyan edib.
Az.rasthaber.com "Report"a istinadən xəbər verir ki, bəyanatda bildirilib:
"İrana qarşı hücumun təhlükəli və genişmiqyaslı nəticələri İsrail və onun tərəfdarlarının üzərinə düşəcək".
XİN-dən bildirilib ki, İsrail ABŞ-nin koordinasiyası və icazəsi olmadan İrana hücumlar edə bilməzdi: “Birləşmiş Ştatların hökuməti, bu rejimin əsas tərəfdarı kimi bu təhlükəli nəticələrə görə məsuliyyət daşıyacaq".