İran XİN ABŞ-ın yeni sanksiyalarını qanunsuz hesab edib

İran XİN ABŞ-ın yeni sanksiyalarını qanunsuz hesab edib

ABŞ-ın İrana qarşı yeni sanksiyaları qanunsuz və mənasızdır.

Rasthaber Azərbaycan APA-ya istinadən xəbər verir ki, bu barədə İran XİN-in rəsmi nümayəndəsi Abbas Musəvi açıqlama verib.

“Təəssüf ki, amerikalılar birtərəfli, qanunsuz və mənasız hərəkətləri davam etdirir”, - deyə İran Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatında deyilir.

Musəvi, eyni zamanda, “ABŞ-ın İran şirkətləri və vətəndaşlarına qarşı tətbiq etdiyi yeni sanksiyaları sərt şəkildə pisləyib”.

ABŞ cümə günü İran qüvvələrinin ABŞ-ın İraqdakı bazalarına hücumu ilə əlaqədar yeni sanksiyalar tətbiq edib. Sanksiyalar İranın 17 dağ-mədən və metallurgiya şirkətinə, eləcə də onlarla əməkdaşlıq edən xarici gəmilərə şamil edilib. Bundan əlavə, İranın 8 yüksək vəzifəli məmuruna qarşı da məhdudiyyətlər tətbiq edilib.

Xəbəri paylaş

VİDEOLAR