İran prezidenti Pezeşkian sionist İsrailin hücumlarını dayandırmasa, daha sərt və təəssüf doğuran cavablar verəcəklərini bəyan edib və sülh üçün hücumların qeyd-şərtsiz sona çatması lazım olduğunu vurğulayıb.
Az.rasthaber.com xəbər verir ki, İran prezidenti Məsud Pezeşkian sosial şəbəkədə İsraillə münaqişələrlə bağlı diqqətçəkən açıqlamalar verib.
Sülh çağırışı edən, lakin hücumların davam edəcəyi təqdirdə daha sərt cavabların veriləcəyini ifadə edən Pezeşkian, İsrail rəhbərliyinə açıq-aşkar xəbərdarlıq göndərib.
Pezeşkian deyib: "İran həmişə sülh və əmin-amanlığın tərəfdarı olub. Lakin indiki şəraitdə bizim üzərimizə qoyulan müharibəni dayandırmağın yeganə yolu düşmənin öz hücumlarını qeyd-şərtsiz dayandırması və sionist terrorçuların avantürist cəhdlərinə həmişəlik son qoyulacağına dair zəmanətin verilməsidir".
Pezeşkian, əks halda İranın reaksiyasının çox daha sərt olacağını vurğulayaraq deyib: “Düşmənə verəcəyimiz cavablar bundan sonra çox daha sərt və təəssüf doğuracaq”.