İran xarici neft tankerini ələ keçirib

İran xarici neft tankerini ələ keçirib

İran İnqilab Keşikçiləri Hərbi Dəniz Qüvvələrinin Hörmüz boğazında xarici neft tankerini ələ keçirdiyi iddia edilib.

Az.rasthaber.com xəbər verir ki, ABŞ Hərbi Dəniz Qüvvələri İnqilab Keşikçiləri Ordusunun Hərbi Dəniz Qüvvələrinin Hörmüz boğazında xarici neft tankerini ələ keçirdiyini iddia edib.

Xəbərdə İnqilab Keşikçiləri Dəniz Qüvvələrinin Panama bayraqlı neft tankerini ələ keçirdiyi iddia edilib.

ABŞ Hərbi Dəniz Qüvvələri son günlərdə İnqilab Keşikçiləri Ordusunun Ərəb dənizində Marşal adaları bayrağı altında üzən neft tankerini ələ keçirdiyini iddia edib.

ABŞ-ın iddiasına görə, aprelin 27-də yerli vaxtla saat 13:15 radələrində Marşal Adaları bayraqlı “Advantage Sweet” neft tankeri beynəlxalq sularda seyr edərkən İnqilab Keşikçiləri Hərbi Dəniz Qüvvələri tərəfindən ələ keçirilib.

Xəbəri paylaş

VİDEOLAR