Əgər ABŞ bu gün öz siyasi qərarını açıqlasa, danışıqlar istiqamətində mühüm addım atacağımızı deyə bilərik.
Az.rasthaber.com APA-ya istinadən xəbər verir ki, bunu İranın Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Səid Xətibzadə bu gün keçirdiyi həftəlik mətbuat konfransında deyib.
Vyana müzakirələrinin koordionatoru Enrike Moranın Tehrana səfəri və İran xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanla görüşlərindən danışan Xətibzadə qeyd edib ki, Tehranda bəzi təkliflər irəli sürülüb.
O, həmin təkliflərə ABŞ tərəfinin müsbət cavab verəcəyi təqdirdə, müzakirə tərəflərinin Vyanaya qayıda biləcəyini əlavə edib.