"Kovo İran Bərəkət" peyvəndinin layihə meneceri bu peyvəndin koronavirusa qarşı 93 faizdən çox effektiv olduğunu bildirib.
Rasthaber Azərbaycan İran mediasına istinadən məlumatına əsasən, "Kovo İran Bərəkət" peyvəndinin layihə meneceri Həsən Cəlili deyib: "Klinik sınağın ikinci mərhələsinndə, peyvəndin imunitet yaratma qabiliyyəti yoxlandı və standart və praktiki sınaqlara əsasən, onun immunogenliyi 93 faizdən çox təxmin edildi.
"Kovo İran Bərəkət" peyvəndinin layihə meneceri, peyvəndin effektivliyi ilə əlaqədar əlavə edib: "Peyvəndin dəqiq effektivliyini təyin etmək üçün klinik sınaqlarının üçüncü mərhələsi sona çatmalıdır".
Cəlili, həmçinin deyib: "Qarşıdakı bir neçə gündə Tehran və Əlbürz vilayətlərində klinik sınaqlarda iştirak edənlər peyvəndin ikinci dozasını alacaqlar və gələn həftə bu hərəkət ölkənin digər şəhərlərində də həyata keçiriləcək".
İranlı mütəxəssislər və alimlər, bu günə qədər Koronavirusuna qarşı bir neçə növ peyvənd istehsal ediblər ki, bu da beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilib.