İran və Venesuela arasında “20 illik əməkdaşlıq sazişi” imzalanıb

İran və Venesuela arasında “20 illik əməkdaşlıq sazişi” imzalanıb

Venesuela prezidenti Nikolas Maduronun Tehrana səfəri çərçivəsində iki ölkə arasında 20 illik əməkdaşlıq sazişi imzalanıb.

Az.rasthaber.com xəbər verir ki, Seyid İbrahim Rəisi, rəsmi səfər çərçivəsində İrana gələn Venesuela prezidenti Nikolas Maduronu Tehranın Sədabad sarayında, rəsmi mərasimlə qarşılayıb.

Mərasimdən sonra Rəisi və Maduro, həmçinin nümayəndə heyətləri arasında görüş olub.

Danışıqlardan sonra Seyid Rəisi və Maduro 20 illik İran-Venesuela Əməkdaşlıq Sazişi imzalayıblar.

Qeyd edək ki, Maduro iki günlük rəsmi səfər üçün, dünən axşam saatlarında Tehrana gəlib. Maduronu Tehran səfərində böyük bir nümayəndə heyəti müşayiət edir.

Xəbəri paylaş

VİDEOLAR