İran və üç Avropa ölkəsi diplomatik danışıqları davam etdirmək barədə razılığa gəliblər

İran və üç Avropa ölkəsi diplomatik danışıqları davam etdirmək barədə razılığa gəliblər

İran Xarici İşlər Nazirliyinin hüquqi və beynəlxalq məsələlər üzrə müavini İran və üç Avropa ölkəsinin diplomatik danışıqları davam etdirmək barədə razılığa gəldiyini bildirib.

Az.rasthaber.com xəbər verir ki, Kazım Qəribabadi özünün X sosial şəbəkə səhifəsində yazıb: Fransa, Almaniya və İngiltərənin siyasi liderləri ilə danışıqların növbəti mərhələsi keçirilib. Ən son ikitərəfli, regional və beynəlxalq hadisələr, xüsusilə nüvə məsələləri və sanksiyaların aradan qaldırılması müzakirə edilib və dəyərləndirilib.

O, sözünə davam etdi: Biz xalqımızın mənafeyini təmin etməyə qətiyyətlə sadiqik və bizim prioritetimiz dialoq və qarşılıqlı fəaliyyət yoludur. Diplomatik danışıqların yaxın vaxtlarda davam etdirilməsi razılaşdırılıb.

Xəbəri paylaş

VİDEOLAR